Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
25.11.2023
Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Göygöl şəhər sakini olan bir qadının cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən B.Verdiyev saxlanılıb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 25-də şəhər sakini olan bir qadının cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş B.Verdiyev saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Həmidov saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 17-nə keçən gecə “Chevrolet” markalı avtomobildən 700 manat pul, sənədlər, bank kartı, 800 manat dəyərində qol saatı, 2 ədəd qulaqcıq və dinamik oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Həmidov saxlanılıb. Araşdırmalarla onun noyabrın 24-nə keçən gecə “BYD” markalı avtomobildən 200 manat, 100 ABŞ dolları pul və 970 manat dəyərində qulaqcıq oğurlaması da müəyyən olunub.
Gəncə şəhər sakini E.Axundovun yaşadığı evdən tüfəng, marixuana və metamfetamin götürülüb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Axundovdan marixuana aşkar olunub. Onun yaşadığı evə baxış zamanı oradan “TOZ-8” markalı tüfəng, marixuana və metamfetamin götürülüb. Araşdırma aparılır.
Sabirabad şəhər sakini S.Mehdiyevin yaşadığı evdən 1 kiloqramdan artıq marixuana götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəhər sakini S.Mehdiyevdən 45 qramdan artıq marixuana, metamfetamin, 9 ədəd metadon həbi aşkar olunub. Onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 140 marixuana götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
24.11.2023
Noyabrın 24-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 tapança, 1 ədəd qumbara, 1 patron darağı, 9 ədəd patron və 12 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı, 5 ədəd patron və 3 ov tüfəngi aşkar edilərək götürülüb.
Lənkəran şəhər sakini olan bir nəfərin pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Baxışzadə saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 23-də şəhər sakini olan bir nəfərin 210 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Baxışzadə müəyyən olunaraq saxlanılıb. Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Yevlax şəhər sakini E.Hüseynovdan marixuana götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəhər sakini E.Hüseynovdan 480 qram marixuana aşkar olunaraq götürülüb.
Noyabrın 13-də bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Nəcəfi saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 13-də bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş A.Nəcəfi saxlanılıb. Araşdırmalarla onun noyabrın 23-də Bakı şəhər sakini olan digər bir nəfərin bank kartından hesabındakı 330 manat pulunu oğurlaması da müəyyən olunub.