Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir nəfər şəxsə kəsici-deşici xəsarətlər yetirməkdə şübhəli bilinən T.Qarayev müəyyən olunaraq saxlanılıb
07.12.2023
Dekabrın 7-də saat 22 radələrində Xətai rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini T.Qarayev müəyyən olunaraq saxlanılıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bank kartından hesabdakı 700 manat pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan qadın müəyyən olunaraq saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından hesabındakı 700 manat pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini İ.İsmayılov saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 1-də şəhər ərazisindəki inzibati binaların birindən 6 ədəd kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.İsmayılov saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
06.12.2023
Dekabrın 6-da ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Dekabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 tapança, 1 qumbara, 4 patron darağı, 106 ədəd müxtəlif çaplı patron və 13 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd qumbara, 1 tapança, 10 tüfəng, 8 ədəd müxtəlif çaplı patron götürülüb.
Hövsan qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 16000 manat və 2000 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən E.Miriyev saxlanılıb
Dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 16000 manat və 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş E.Miriyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən S.Məmmədova saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sulutəpə qəsəbəsində evlərin birindən 2000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini S.Məmmədova saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Korgöz qəsəbəsində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Korgöz qəsəbəsində evlərin birindən 1900 manat pul, bank kartı və qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Qızıldaş qəsəbə sakinləri H.Əliyev, Y.Alıyev və bir yeniyetmə saxlanılıb.Araşdırma aparılır.
Yeni Günəşli qəsəbəsi ərazisində avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Mehrəliyev və Z.Mehrəliyev saxlanılıblar
Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində avtomobildən 4000 manat pul oğurlamaqda şübhəli bilinən Ə.Nəcəfov saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə 13-cü mikrorayon ərazisində “Ford” markalı avtomobildən 4000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Nəcəfov saxlanılıb.Araşdırma aparılır.