Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər
09.12.2023
Daxili İşlər Nazirliyinin müraciəti nəticəsində vətəndaşlar aşkar etdikləri və özlərində olan odlu silah-sursatları könüllü şəkildə polis orqanlarına təhvil verməkdə davam edirlər. Ötən bir neçə gün ərzində Binəqədi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinə müraciət edən ayrı-ayrı vətəndaşlar onlarda olan ümumilikdə 3 ədəd “Makarov”, 1 ədəd “Naqan”, 1 ədəd kustar üsulla hazırlanan tapançanı, 1 ədəd “RPK-74” markalı avtomatı, eləcə də 21 ədəd müxtəlif çaplı patron və 5 ədəd sandıqçanı könüllü olaraq polisə təhvil veriblər. Odlu silahları könüllü təhvil verən vətəndaşlara polis orqanlarında təşəkkür edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
08.12.2023
Dekabrın 8-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Dekabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 4 ədəd patron darağı, 159 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı və 3 tüfəng götürülüb.
500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfər saxlanılıb
Dekabrın 8-də saat 16 radələrində Qaradağ rayonu Qobustan dəmir yolu stansiyası ərazisindən 500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfər Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Onların Kəlbəcər rayon sakini İ.Əliyev, İsmayıllı rayon sakini R.Kərimov, Ağstafa rayon sakinləri N.Hüseynov və A.Məmmədov olmaları müəyyən olunub. Araşdırma aparılır.
5000 manat pulu oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb
Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini Ə.Cəfərov saxlanılıb
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 7-də Zığ qəsəbəsi ərazisində fəaliyyət göstərməyən bir fermadan 2500 manat dəyərində qapı və pəncərələri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Cəfərov saxlanılıb. Araşdırma aparılır.
Yevlax şəhər sakinləri Q.Hüseynovdan 51 qramdan artıq, İ.Mahmudovdan 345 qram, T.Mahmudovdan isə 455 qram marixuana aşkar olunaraq götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakinləri Q.Hüseynov, İ.Mahmudov və əvvəllər məhkum olunmuş T.Mahmudov saxlanılıblar. Q.Hüseynovdan 51 qramdan artıq, İ.Mahmudovdan 345 qram, T.Mahmudovdan isə 455 qram marixuana aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
07.12.2023
Dekabrın 7-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Dekabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança, 2 qumbara, 1 ədəd pulemyot, 10 ədəd patron darağı, 1 pulemyot lenti, 305 ədəd müxtəlif çaplı patron və 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.