Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
23.11.2023
Noyabrın 23-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 tapança, 5 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, 11 patron darağı, 627 ədəd müxtəlif çaplı patron və 15 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ov tüfəngi və 24 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 23-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 6 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Xırdalan şəhər sakini R.Zamanov saxlanılıb
Noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini R.Zamanov saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 10-da Biləcəri qəsəbəsində bir evdən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini olan yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılıb
Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 2900 manat dəyərində 4 ədəd gödəkcənin oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini F.Mehdixanovdan marixuana aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Mehdixanovdan 250 qram marixuana aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
22.11.2023
Noyabrın 22-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança, 2 patron darağı, 23 ədəd avtomat sandığı, 520 ədəd müxtəlif çaplı patron və 21 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 7 ov tüfəngi aşkar edilərək götürülüb.
Paytaxtın Nərimanov rayonu ərazisində bir nəfərin cüzdanını oğurlamaqda və bank kartından pulunu çıxarmaqda şübhəli bilinən S.Quliyev saxlanılıb
Paytaxtın Nərimanov rayonu ərazisində bir nəfərin içərisində 500 manat pulu və bank kartı olan cüzdanının oğurlanması və həmin bank kartından hesabındakı 211 manatının çıxarılması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Quliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.