DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ polisindən əməliyyat: külli miqdarda narkotik aşkar olunub

17.02.2024

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobustan qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Emin Vəliyevdən 5 kiloqram 369 qram marixuana, 245 qram tiryək və psixotrop tərkibli 100 ədəd metadon həbi götürülüb. E.Vəliyev ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=sdwVCA16yRY

 

17.02.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub 17.02.2024
  • Bakı şəhər sakini E.Ələkbərovun evindən 1 kiloqram 650 qram marixuana aşkar olunaraq götürülüb 17.02.2024
  • Əvvəllər məhkum olunmuşlar R.Qasımov və S.Bəyəliyevdən 1 kiloqramdan artıq marixuana götürülüb 17.02.2024
  • Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində bir evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İ.Səfərov saxlanılıb 17.02.2024
  • Abşeron rayonunun Xırdalan şəhər sakini olan bir nəfərə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 17.02.2024
  • Qaradağ polisindən əməliyyat: külli miqdarda narkotik aşkar olunub 17.02.2024