Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xırdalan şəhəri ərazisində mağazaların birində alış veriş edərək 1 ədəd 20 manatlıq saxta əskinas təqdim etməkdə şübhəli bilinən R.Əbdülov saxlanılıb
19.01.2024
Yanvarın 18-də Xırdalan şəhəri ərazisində mağazaların birində alış veriş edərək 1 ədəd 20 manatlıq saxta əskinas təqdim etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Əbdülov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində mağazaların birindən 1500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Ə.Abdullayev və A.Rzayev saxlanılıblar
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mağazaların birindən 1500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Abdullayev və A.Rzayev saxlanılıblar.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində mağazaların birindən 750 manat dəyərində bijuteriya və kosmetik vasitələr oğurlamaqda şübhəli bilinən S.Adıgözəlova saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mağazaların birindən 750 manat dəyərində bijuteriya və kosmetik vasitələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Adıgözəlova saxlanılıb.Araşdırmalarla onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə axtarışda olması da müəyyən olunub.
Binə qəsəbəsində silahlı şəxs saxlanılıb
18.01.2024
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində keçirilən növbəti tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rəşad Həsənov saxlanılıb. Ondan 1 ədəd “Naqan” tipli tapança aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir.Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 5 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 76 cinayətin açılması təmin olunub
Yanvarın 18-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Yanvarın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 1 tapança, 1 qumbara, 5 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 284 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Yanvarın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tapança, 2 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 23 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 23,2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının yanvarın 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 18,9 kiloqramdan çox marixuana, 3,5 kiloqramdan artıq heroin, 50 qramdan artıq tiryək, 720 qrama yaxın metamfetamin və 1765 ədəd metadon həbi olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 18-də Xankəndi şəhəri ərazisində 1 ədəd qumbaraatan, 16 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 19 ədəd qumbara, 4 ədəd tüfəng, 131 ədəd patron darağı, 6463 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Şamaxı şəhəri ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə həmin gün avtomobillə saxlanılıb
Yanvarın 18-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini olan yeniyetmə həmin gün avtomobillə saxlanılıb.Araşdırma aparılır.