Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
04.02.2024
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də və 4-də Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən avtomobil qaçırmaqda və YNH törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Q.Abbasov saxlanılıb
Nərimanov RPİ 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “FAW” markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Q.Abbasov saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadının qızıl boyunbağısını quldurluq yolu ilə talamaqda şübhəli bilinən S.Musayev saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir qadının qızıl boyunbağısını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş S.Musayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində 3 nəfərin pul, sənəd və bank kartı olan pulqabılarını, 3 nəfərin isə mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Ş.Məmmədov saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 3 nəfərin ümumilikdə 1400 manat və 200 ABŞ dolları pul, sənəd və bank kartı olan pulqabılarını, 3 nəfərin isə mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Ş.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Soyğunçuluğa görə axtarışda olan S.Məmmədov saxlanılıb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə (Soyğunçuluq) axtarışda olan S.Məmmədov saxlanılıb. Onun yanvarın 28-də Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildə sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə 1384 manat pulunu talaması da müəyyən olunub. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
03.02.2024
Fevralın 3-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini İ.Ağayevdən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini İ.Ağayev saxlanılıb. Ondan 1 kiloqram 70 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Lökbatan qəsəbəsi ərazisində avtomobilindəki sərnişinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Quluzadə saxlanılıb
Fevralın 3-də səhər saatlarında Lökbatan qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan sərnişinin sürücünün içərisində 480 manat pulu və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Quluzadə müəyyən olunaraq saxlanılıb. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
“Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli həbi ələ keçirilib
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib. Nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metanmfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində 93 cinayətin açılması təmin olunub
02.02.2024
Fevralın 2-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.