Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeronda əməliyyat zamanı saxlanılan 4 narkokuryerdən 15 kiloqram müxtəlif növ narkotik vasitə aşkar edilib
29.01.2024
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən ümumilikdə 15 kiloqram, o cümlədən 9 kiloqram marixuana, 4 kiloqram heroin, 2 kiloqram psixotrop maddə metamfetamin və 50 ədəd satışı qadağan edilən metadon həbi aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Su polislərindən iki uğurlu əməliyyat
Polis əməkdaşları tərəfindən bank kartlarından edilən oğurluqların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla ələ etdiyi müəyyən olunub. V.Məmmədovun qanunazidd əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər.Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həmçinin Xəzər dənizinin Sumqayıt şəhəri sahilində xidmət aparan zaman naməlum şəxs tərəfindən əraziyə atılan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça və 47 ədəd patron aşkar ediblər. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb. Araşdırmalar davam etdirilir.Sonda qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən brokonyerliklə, Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların və adı “Qırmızı Kitab”a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb edilmələri, eləcə də dənizin dibi ilə çəkilən dəmir boru kəmərlərini qanunsuz olaraq kəsib satışını təşkil edənlərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Sadalanan qanun pozuntularına yol verən şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət orqanları ilə birgə qanununauyğun ciddi tədbirlər görüləcək.Vətəndaşlardan Xəzər dənizində və ölkə ərazisində yerləşən su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Nərimanov rayonunda saxta dövlət qeydiyyat nişanı ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Land-Rover” markalı, “10-KE-815” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilib. Sürücü idarəetməni davam etdirərək yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq hərəkətləri edib. Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Piriyev Anar Fəqani oğlu saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının əslində “77-AX-540” olduğu amma yol hərəkəti qaydalarını pozan zaman məsuliyyətdən yayınmaq üçün digət saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyən edilib. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Piriyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
28.01.2024
Yanvarın 28-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
27-28 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 220 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Yanvarın 27-də və 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 4 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 45 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 27-də və 28-də ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,9 kiloqrama yaxın marixuana, 510 qramdan çox heroin, 1,2 kiloqramdan çox tiryək, 2,2 kiloqramdan çox metamfetamin, həmçinin 65 ədəd çətənə bitkisi və 52 ədəd metadon həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xətai rayonu ərazisindən “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə Sabunçu rayonu ərazisində avtomobillə saxlanılıb
Yanvarın 28-də Xətai rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində avtomobillə saxlanılıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini M.Nuriyevin bir sıra oğurluq hadisələrini törətməsi müəyyən olunub
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini M.Nuriyev saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.Araşdırmalarla onun Mərdəkan qəsəbəsi ərazisində 4740 manat dəyərində alüminumdan olan bəzək əşyaları, iki evdən isə məişət əşyaları və təmir-tikinti alətləri oğurlaması müəyyən olunub.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından 347 manat pulunu oğurlamaqda şübhəli bilinən R.Mürsəlov saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 347 manat pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Mürsəlov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.