Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki evlərin birindən 2 ədəd kondisioner və naqil oğurlamaqda şübhəli bilinən T.Tağıyev saxlanılıb
01.02.2024
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə Binə qəsəbəsi ərazisində evlərin birindən 2000 manat dəyərində 2 ədəd kondisioner və naqil oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini T.Tağıyev saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində bir mağazadan və bir kafedən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hacıyev saxlanılıb
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Biləcəri qəsəbəsi ərazisində bir mağazadan 1000 manat dəyərində tütün məmulatı, bir kafedən isə 2300 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunun Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən ümumilikdə 13000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Vəliyev, M.Qasımov və Kürdəmir rayon sakini A.Nuriyev saxlanılıblar.Araşdırma aparılır.
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən bazarda bir nəfərin 200 manat dəyərində məhsulunu oğurlamaqda şübhəli bilinən D.Pirverdiyev saxlanılıb
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən bazarda bir nəfərin 200 manat dəyərində məhsulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini D.Pirverdiyev müəyyən edilərək saxlanılıb. Ondan narkotik vasitə olan heroin, həmçinin lüləsi və qundağı kəsilmiş ov tüfəngi də aşkar olunaraq götürülüb.
Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20.000 manat pul və 7000 manat dəyərində qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.İbrahimov saxlanılıb
Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20.000 manat pul və 7000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.İbrahimov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xətai rayonunda saxlanılan şəxslərdən 3 qumbara, 3 ədəd “Kalaşnikov” avtomatı və 1 ədəd “Makarov” tapançası aşkar edilib
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Amin Çərkəzov saxlanılıb. Həmin şəxsdən 3 ədəd “F-1” qumbarası aşkar edilib. Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Gündüz Səfərov da qanunsuz silah saxladığı üçün tutulub. Ondan 3 ədəd “Kalaşnikov” markalı avtomat və 3 ədəd patron darağı aşkar edilib. Xətai RPİ və 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı isə özündə olan silah-sursatı könüllü polisə təhvil verməyən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Vüqar İsgəndərov da həmçinin əməliyyat yolu ilə saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı, 8 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilərək götürülüb. Saxlanılan hər 3 şəxs əldə etdikləri silah-sursatı satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib
Binəqədi Rayon İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib. Əməliyyatlar zamanı 1992-ci il təvəllüdlü Bahadur Vəliyevdən 2 kiloqram marixuana götürülüb. Tədbirlərin davamı olaraq ona narkotik vasitəni satan Xırdalan şəhər sakini 1990-cı il təvəllüdlü Nurlan Tağıyev də tutulub. Sonuncunun üzərindən və yaşadığı ünvandan 3 kiloqrama yaxın marixuana, heroin, metamfetamin və 31 ədəd metadon həbi aşkar olunub. Daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılan 1995-ci il təvəllüdlü Fərid Dadaşovdan isə 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Cəbrayıl Səttarzadə və onun rəhbərlik etdiyi dəstənin digər 3 üzvündən 1 kiloqrama yaxın tiryək, 1 ədəd “Kalaşnikov” avtomat silah, daraq və 19 ədəd patron aşkar olunub. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 95 nəfər saxlanılıb. Vətəndaşlarla aparılaran profilaktik söhbətlərin nəticəsi olaraq 9 ədəd odlu silah və 3500 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
31.01.2024
Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat silahı, 7 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı və 150 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Yanvarın 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd avtomat silahı, 1 tapança, 1 tüfəng, 11 ədəd patron darağı və 33 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.