Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub
07.02.2024
Fevralın 7-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd qumbara və 167 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Fevralın 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 31 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 10,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da və 7-də ümumi çəkisi 10,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin və 9 kiloqramdan çox marixuana olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 6-da və 7-də Xankəndi şəhəri ərazisində 3 ədəd avtomat silahı, 3 ədəd qumbara, 1 ədəd alışdırıcı, 39 ədəd patron darağı, 1576 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən avtomobil qaçırmaqda şübhəli bilinən S.Əliyev saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı avtomobilə vurulması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən S.Əliyev saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Şüvəlan qəsəbəsi ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən T.Quliyev saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şüvəlan qəsəbəsi ərazisində evlərin birindən 3400 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən T.Quliyev saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
06.02.2024
Fevralın 6-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Fətəliyev saxlanılıb
Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Fətəliyev saxlanılıb. Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş U.Əhmədovu da müəyyən edərək saxlayıblar. E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAZ” markalı avtomobili qaçırması da müəyyən olunub. Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb.Araşdırma aparılır.
Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd göstərən A.Hacıyev saxlanılıb
Fevralın 6-da səhər saatlarında Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd göstərən A.Hacıyev Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun qəsəbə ərazisində 3 mağazadan ümumilikdə 2500 manat dəyərində 2 ədəd mobil telefon, aksesuar, 1000 manat pul və 300 manat dəyərində ətir oğurlaması da müəyyən olunub.Araşdırma aparılır.