Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən şirkətlərin birinin həyətindən tikinti materialı oğurlamaqda şübhəli bilinən İ.Qocayev saxlanılıb
10.02.2024
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində yerləşən şirkətlərin birinin həyətindən 13000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən İ.Qocayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
09.02.2024
Fevralın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan 4 ədəd müxtəlif markalı tüfəng götürülüb
Fevralın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 2,7 kiloqramdan artıq narkotik vasitə və 770 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 9-da ümumi çəkisi 2,7 kiloqramdan artıq narkotik vasitə və 770 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 9-da Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 1 tüfəng, 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 23 ədəd patron darağı, 841 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Paytaxt sakini olan bir nəfərin bank kartından 1500 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də paytaxt sakini olan bir nəfərin bank kartından 1500 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Əvvəllər məhkum olunmuş Ə.Məmmədovdan 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. Ondan çəkisi 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Rəhimov saxlanılıb
Fevralın 3-də səhər saatlarında Səbail rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil həmi gün saat 11 radələrində Binəqədi rayonu ərazisində təkərləri oğurlanmış vəziyyətdə tapılıb.Bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən “VAZ-21015” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Zeynalov saxlanılıb
Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən M.Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 9-da gecə saatlarında 11-ci mikrorayon ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə H.Z.Tağıyev qəsəbəsi ərazisində saxlanılıb.Araşdırma aparılır.