Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
09.02.2024
Fevralın 9-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
08.02.2024
Fevralın 8-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 9 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 74 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Fevralın 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tapança, 4 ədəd tüfəng, 1 patron darağı və 24 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 8-də Xankəndi şəhəri ərazisində 11 ədəd avtomat silahı, 1 pulemyot, 1 ədəd qumbaraatan, 9 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd qumbara, 4 qumbara alışdırıcısı, 84 ədəd patron darağı, 10712 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində bir yeniyetmənin planşetini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də Binəqədi qəsəbəsi ərazisində bir yeniyetmənin planşetini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ə.Cəfərli və A.Əmirov müəyyən olunaraq saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən əlvan metal oğurlamaqda şübhəli bilinən X.Bəyaliyev saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən 4000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən X.Bəyaliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən 14800 manat pulu oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14800 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində mənzillərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən B.Məmmədov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən B.Məmmədov saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhərш ərazisində bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən E.Babayev saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən E.Babayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.