Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Fevralın 5-də bir nəfərin bank kartından 190 manatını oğurlamaqda şübhəli bilinən A.Hümbətov saxlanılıb
12.02.2024
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də bir nəfərin bank kartından 190 manatını oğurlamaqda şübhəli bilinən A.Hümbətov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Paytaxt ərazisində “taksi” sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik vasitə aşkar edilib
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
11.02.2024
Fevralın 11-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 10-da və 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 2 alışdırıcı, 5 ədəd müxtəlif markalı tüfəng və 7 patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Fevralın 10-da və 11-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 3 patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 4,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 10-da və 11-də ümumi çəkisi 4,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silahı, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Müxtəlif vaxtlarda 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən İ.Hüseynov saxlanılıb
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) axtarışda olan əvvəllər məhkum olunmuş İ.Hüseynov saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
10.02.2024
Fevralın 10-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhəri ərazisində yerləşən köşklərdən birinin satıcısına qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Fevralın 10-da Sumqayıt şəhəri ərazisində yerləşən köşklərin birində satıcıya zor tətbiq etməklə kassadan 500 manat pul və 1000 manat dəyərində tütün məmulatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Hacıyev, R.Əliyev və qardaşı V.Əliyev müəyyən olunaraq saxlanılıblar.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.