Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir

31.01.2024

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Balaxanı qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Niyətağa Əliyev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” tapançası, patron darağı və 5 ədəd patron aşkarlanaraq götürülüb.Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə 1971-ci il təvəllüdlü Vasif Qəmbərov Ramana qəsəbəsi ərazisində saxlanılıb. Həmin şəxsdən də 1 ədəd “Makarov” tapançası, sandıqça və 4 ədəd patron aşkar olunub. N.Əliyev və V.Qəmbərov silahları bir müddət əvvəl əldə etdiklərini və satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər. Bundan başqa Şöbə əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Elçin Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar. Həmçinin Şöbə əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı rayon sakini olan ümumilikdə 9 nəfər özlərində saxladıqları müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü polisə təhvil veriblər.