Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 101 cinayətin açılması təmin olunub
01.02.2024
Fevralın 1-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng və 9 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Fevralın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 12 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 230 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 44 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 1-də ümumi çəkisi 44 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,8 kiloqramdan artıq heroin, 24,9 kiloqramdan çox marixuana, 7,5 kiloqramdan çox metamfetamin, həmçinin 350 dəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 1-də Xankəndi şəhəri ərazisində 4 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 3 qumbara, 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2129 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1340 manat pulunun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1340 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Göygöl rayon sakinləri K.Qasımov, qardaşı M.Qasımov və Gəncə şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 26-da keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini E.Ələkbərov və Laçın rayon sakini A.Əliyev saxlanılmışdılar. Davam etdirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini T.Qurbanlı da müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Quldurluq əməlində şübhəli bilinən axtarışda olan şəxs saxlanılıb
Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 1-də rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan Astara rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əlizadə saxlanılıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Masallı rayon sakini O.Məmmədovdan narkotik vasitələr aşkar olunaraq götürülüb
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Masallı rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş O.Məmmədov saxlanılıb. Ondan 50 ədəd metadon həbi götürülüb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Narkotik vasitələrin 2 kiloqram 538 qramı heroin, 1 kiloqram 517 qramı metamfetamin, 7 kiloqramdan artığı isə marixuana olub.
Bərdə rayon sakini İ.Bəylərlidən 620 qram heroin götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə saxlanılan Bərdə rayon sakini İ.Bəylərlidən 620 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.