Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini N.Quliyev saxlanılıb
30.01.2024
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şüvəlan qəsəbəsi ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini N.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Kürdəmir rayon sakini P.İmanovdan nömrəsi silinmiş tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Kürdəmir rayon sakini P.İmanov saxlanılıb. Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Sumqayıt şəhər Corat qəsəbə sakini S.Heydərovdan avtomat silahı, 1 ədəd patron darağı və 36 ədəd patron aşkar edilərək götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə saxlanılan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Heydərovdan “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 36 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Masazır qəsəbə sakini E.Teymurov saxlanılıb
Masazır qəsəbəsi ərazisində təkər təmiri sexlərinin birindən 2200 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Teymurov saxlanılıb.Araşdırmalarla onun Hökməli qəsəbəsi ərazisində digər təkər təmiri sexindən 750 manat pul oğurlaması da müəyyən olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
29.01.2024
Yanvarın 29-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 3 ədəd patron darağı və 112 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Yanvarın 29-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 20 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının yanvarın 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,1 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox metamfetamin və 900 qrama yaxın marixuana olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində apteklərin birindən 2100 manat pul oğurlamaqda şübhəli bilinən M.Bəhmənov saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Əmircan qəsəbəsi ərazisində apteklərin birindən 2100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Bəhmənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində mənzillərin birindən 12000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb
Binəqədi rayonu ərazisində mənzillərin birindən 12000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.