Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
27.01.2024
Yanvarın 27-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini R.Quliyevdən 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini R.Quliyev saxlanılıb. Ondan 2 kiloqram 190 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Neftçala rayon sakini A.Məmmədovdan silah-sursat və heroin aşkar olunaraq götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.Ondan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 27 ədəd patron, həmçinin 120 qrama yaxın heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini S.Qurbanov avtomobillə saxlanılıb
Yanvarın 27-nə keçən gecə H.Z.Tağıyev qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini S.Qurbanov avtomobillə saxlanılıb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində bir yarımtikilidən 3000 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Musayev saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ramana qəsəbəsi ərazisində bir yarımtikilidən 3000 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Musayev saxlanılıb. Şöbə əməkdaşlarının keçirdikəri digər tədbir nəticəsində isə Balaxanı qəsəbəsi ərazisində bir evin həyətindən 4000 manat dəyərində dəmir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Qasımov saxlanılıb.Hər iki faktla bağlı araşdrıma aparılır.
Xətai rayonu ərazisində mənzillərin birindən 17000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən F.Cavadov saxlanılıb
Xətai rayonu ərazisində mənzillərin birindən 17000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Cavadov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qax şəhər sakini M.Mustafazadədən və yaşadığı evdən marixuana aşkar olunaraq götürülüb
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikəri əməliyyat tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Mustafazadə saxlanılıb. Onun üzərindən və yaşadığı evə baxış zamanı marixuana aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun Əlibəyli kəndi ərazisində yerləşən meşə sahəsində qanunsuz əkib-becərdiyi 65 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb.
Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən E.Abdullayev saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikəri tədbirlərlə Bulaqlı kəndi ərazisində mağazaların birindən 500 manat dəyərində lotereya, tütün məmulatı, ətir və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Abdullayev saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub
26.01.2024
Yanvarın 26-da ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.