DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar

09.03.2024

Paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1110 manat çıxararaq nağdlaşdırıb. 
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nəzərov Taleh saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib.

Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Səmədli Emin, qardaşı Elvin və tanışları Anar Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu şəxslər “izi” itirmək məqsədilə qeyd edilən cinayəti törədən zaman hadisə yerinə icarəyə götürdükləri avtomobillə gediblər. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=8A6IULAKoV8

 

09.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub 09.03.2024
  • Oğurluğa görə axtarışda olan A.Bəkirov saxlanılıb 09.03.2024
  • Yasamal rayonu ərazisində mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb 09.03.2024
  • Abşeron rayonu ərazisində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən C.Mikayılov saxlanılıb 09.03.2024
  • İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar 09.03.2024