Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nərimanov rayonu ərazisində yerləşən gözəllik salonlarının birindən 4000 manat dəyərində alətləri oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
14.02.2024
Nərimanov rayonu ərazisində yerləşən gözəllik salonlarının birindən 4000 manat dəyərində alətlərin oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın saxlanılıb. Araşdırma aparılır.
Paytaxtın Qaraçuxur qəsəbəsi ərazisində bir nəfərin avtomobilindən mobil telefonunu oğurlamaqda və bank kartından 826 manatını çıxarmaqda şübhəli bilinən E.Abdullayev saxlanılıb
Paytaxtın Qaraçuxur qəsəbəsi ərazisində bir nəfərin “Ford” markalı avtomobilindən mobil telefonunun oğurlanması və bank kartından 826 manatının çıxarılması barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) də axtarışda olan E.Abdullayev saxlanılıb.
Ölkəyə qaçaqmalçılıq yolu ilə 26 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Azər Qasımov və tanışı 1964-cü il təvəllüdlü Arif Əliyev saxlanılıblar. Bu şəxslərin üzərindən və A.Əliyevin yaşadığı evdən 26 kiloqram, o cümlədən 4 kiloqram heroin, 18 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram tiryək və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən paytaxta ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
13.02.2024
Fevralın 13-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 83 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Fevralın 13-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 1 ədəd tüfəng, 1 patron darağı və 17 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 12,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 13-də ümumi çəkisi 12,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 6,6 kiloqramdan çox marixuana və 2 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd qumbara, 4 alışdırıcı, 50 ədəd patron darağı, 1770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Sumqayıt şəhəri ərazisində saxlanılan Ə.Şərifov və E.Məmmədovdan narkotik vasitələr aşkar olunaraq götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ə.Şərifov və E.Məmmədov şəhər ərazisində saxlanılıblar. Ə.Şərifovdan 385 qram heroin və 350 qram marixuana, E.Məmmədovdan isə 820 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən avtomobil yuma məntəqəsindən “VAZ-21074” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Zaidov avtomobillə saxlanılıb
Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən avtomobil yuma məntəqəsindən “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Zaidov avtomobillə saxlanılıb. Araşdırma aparılır.