DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunda silahlı şəxslər saxlanılıblar

11.03.2024

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Yədayi Tofiq üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov-74” markalı avtomat, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar olunaraq götürülüb. T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının bir müddət əvvəl həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər – Bağırov Rafiq və Vahabov Elxan da saxlanılıblar. Bu şəxslərdən isə ümumilikdə 2 ədəd “Makarov” tapançası, 2 ədəd patron darağı və 11 ədəd patron aşkar olunub.

Youtube linki - https://www.youtube.com/watch?v=hh_iBRFIKTc

 

11.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub 11.03.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  11.03.2024
  • Xankəndi şəhəri ərazisində yerləşən evlərdən və binalardan silah və sursatlar aşkar olunaraq götürülüb 11.03.2024
  • Ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 11.03.2024
  • Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13000 manat dəyərində kombi və qazanxana avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Q.Quliyev saxlanılıb 11.03.2024
  • Sabunçu rayonunda silahlı şəxslər saxlanılıblar 11.03.2024