Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhəri ərazisində “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəi bilinən F.Rəsulov avtomobillə saxlanılıb
13.02.2024
Fevralın 13-də Gəncə şəhəri ərazisində “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəi bilinən əvvəllər məhkum olunmuş F.Rəsulov avtomobillə şəhər ərazisində saxlanılıb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Türkan qəsəbəsində evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ə.İsayev saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Türkan qəsəbəsində evlərin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ə.İsayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
12.02.2024
Fevralın 12-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 3 ədəd qumbara, 3 alışdırıcı, 32 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 57 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb
Fevralın 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.
Fevralın 12-də ümumi çəkisi 75 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 12-də ümumi çəkisi 75 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,4 kiloqramdan artıq heroin, 60 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın tiryək, 8,6 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 12-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd müxtəlif markalı tüfəng, 3 tapança, 10 ədəd qumbara, 2 qumbara alışdırıcısı, 59 ədəd patron darağı, 1381 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati qaydada həbs edilib
Fevralın 11-də saat 12 radələrində Qaradağ rayonu ərazisində yerləşən postda “VAZ-211440” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü A.Abdullayevin narkotik vasitə istifadə etməsi müəyyən edildiyindən barəsində inzibati protokol tərtib olunaraq Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.Məhkəmənin qərarı ilə A.Abdullayev 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində 4 evdən kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Nəsirov və E.İbrahimov saxlanılıblar
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Şağan qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 16000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.İbrahimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində bir qadının çantasını, bir nəfərin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən T.Babayev saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində bir qadının içərisində pulu olan çantasını, bir nəfərin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən T.Babayev saxlanılıb.Araşdırma aparılır.