Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
15.02.2024
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 15-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 6 ədəd müxtəlif markalı avtomat silahı, 1tapança, 3 tüfəng, 8 ədəd qumbara, 44 ədəd patron darağı, 3114 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Nəsimi rayonu ərazisində saxlanılan M.Vəliyevdən 2 kiloqrama yaxın heroin götürülüb
Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş M.Vəliyev saxlanılıb. Ondan 1 kiloqram 950 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nizami rayonu ərazisindən “Oka” markalı avtomobili qaçırmaqda şübhəli bilinən H.Məlikli və F.Qədirov saxlanılıblar
Fevralın 15-nə keçən gecə Nizami rayonu ərazisindən “Oka” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən H.Məlikli və F.Qədirov rayon ərazisində avtomobillə saxlanılıblar.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 80 cinayətin açılması təmin olunub
14.02.2024
Fevralın 14-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 16 alışdırıcı, 10 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 90 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Fevralın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 4 patron darağı və 116 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə və 135 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 14-də ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə və 135 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4060 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində marşrut avtobusunda bir nəfərin çantasını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 12-də Hökməli qəsəbəsi ərazisində marşrut avtobusunda bir nəfərin içərisində 2500 manat pulu, qızıl-zinət əşyaları, bank kartları və sənədi olan çantasını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Nardaran qəsəbəsində 2 evdən oğurluq etməkdə şübhəli bilinən H.Bünyətov saxlanılıb
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Nardaran qəsəbəsində 2 evdən kombi aparatı, 3700 manat dəyərində məişət əşyaları və tikinti materialları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş H.Bünyətov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.