DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunda 3 ədəd “Kalaşnikov” və 175 ədəd patron aşkar olunub

13.03.2024

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsi və 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Kürdəxanı və Maştağa qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” markalı avtomat 40 ədəd patron və 2 ədəd patron darağı aşkar olunub. 
Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş 1980-cü il təvəllüdlü Məmmədov Əşrəf üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, 5 ədəd patron darağı və 135 ədəd patron aşkar olunaraq götürülüb. Ə.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir 

Youtube linki - https://www.youtube.com/watch?v=N4Eb0o5GYZQ

 

13.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub 13.03.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  13.03.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir  13.03.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 13.03.2024
  • Ümumi çəkisi 5,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 13.03.2024
  • Sahil qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “Daf” markalı avtomobildən ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən R.Əliyev və A.Əbilov saxlanılıblar 13.03.2024
  • Nizami rayonu ərazisindən “KİA” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Məmmədli saxlanılıb 13.03.2024
  • Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib  13.03.2024
  • Sabunçu rayonunda 3 ədəd “Kalaşnikov” və 175 ədəd patron aşkar olunub 13.03.2024