Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
18.02.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də və 18-də ümumi çəkisi 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 17-də və 18-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 11 ədəd qumbara, 7 alışdırıcı, 58 ədəd patron darağı, 1944 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Binəqədi rayonunun Dərnəgül qəsəbəsi ərazisində bir köşkdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən A.Süleymanov saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Dərnəgül qəsəbəsi ərazisində bir köşkdən 1700 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Süleymanov saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsində iki evdən oğurluq etməkdə şübhəli bilinən Ə.Savdumov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi qəsəbəsində bir evdən 3000 manat dəyərində noutbuk, fotokamera, saat, digər evdən isə pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Savdumov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
17.02.2024
Fevralın 17-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini E.Ələkbərovun evindən 1 kiloqram 650 qram marixuana aşkar olunaraq götürülüb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Ələkbərov saxlanılıb. Ondan heroin və metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun Əmircan qəsəbəsində yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 650 qram marixuana da aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Əvvəllər məhkum olunmuşlar R.Qasımov və S.Bəyəliyevdən 1 kiloqramdan artıq marixuana götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuşlar R.Qasımov və S.Bəyəliyev saxlanılıblar. R.Qasımovdan 1 kiloqram 65 qram, S.Bəyəliyevdən isə 445 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində bir evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İ.Səfərov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə H.Z.Tağıyev qəsəbəsində bir evdən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş İ.Səfərov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Xırdalan şəhər sakini olan bir nəfərə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfərə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən F.Babayev və S.Dünyamalıyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Qaradağ polisindən əməliyyat: külli miqdarda narkotik aşkar olunub
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobustan qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Emin Vəliyevdən 5 kiloqram 369 qram marixuana, 245 qram tiryək və psixotrop tərkibli 100 ədəd metadon həbi götürülüb. E.Vəliyev ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.