Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 80 cinayətin açılması təmin olunub
16.02.2024
Fevralın 16-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd müxtəlif markalı tüfəng və 13 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Fevralın 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 22 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Nəsimi rayonu ərazisində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən A.Mövlanov saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 980 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Mövlanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində müxtəlif vaxtlarda 3 evdən oğurluq etməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda 3 evdən pul, qızıl-zinət əşyaları, bank kartı və sənəd oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş R.Məmmədov saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
15.02.2024
Fevralın 15-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Fevralın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 8 ədəd müxtəlif markalı tüfəng və 43 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Fevralın 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və 112 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və 112 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.