DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanovda “Porsche”-nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar

16.03.2024

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Bayramov Şahin, Əsədov Xəyal və dəstə üzvü olan bir qadın saxlanılılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb. Araşdırma zamanı saxlanılanların  narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.

Youtube linki - https://www.youtube.com/watch?v=KjZkICnr4NI

 

16.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 16.03.2024
  • Suraxanı rayonunun Zığ qəsəbəsindəki evlərdən birinin həyətindən su çəni oğurlamaqda şübhəli bilinən İ.Mustafayev və Y.İsmayılov saxlanılıblar 16.03.2024
  • Nərimanovda “Porsche”-nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar 16.03.2024