Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
19.02.2024
Fevralın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 5 ədəd qumbara, 2 alışdırıcı, 6 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 530 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 19-da ümumi çəkisi 6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-da Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən V.Nəsibov və R.Heydərov saxlanılıblar
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar V.Nəsibov və R.Heydərov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində bir nəfərin torpaq sahəsindən tikinti materialı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-na keçən gecə Puta qəsəbəsi ərazisində bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən E.Muradov və M.Əhmədov saxlanılıblar. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində lotoreya satışı məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən D.Abdullayev saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 7-də Lökbatan qəsəbəsi ərazisində lotoreya satışı məntəqəsindən piştaxtadan 600 manat dəyərində lotereya biletlərini oğurlamaqda şübhəli bilinən D.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonunda silah və narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Kamran Abuzərov saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib.Nəsimi RPİ-nin 21-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədi ilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Həmçinin, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən son günlər keçirilən tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub.
18.02.2024
Fevralın 18-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Fevralın 17-də və 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 13 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 1081 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Fevralın 17-də və 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 3 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 74 ədəd patron aşkar edilərək götürülüb.