DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb

18.03.2024

Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb. Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

Youtube linki - https://www.youtube.com/watch?v=uu0f_-xDzxk

 

18.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub 18.03.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir 18.03.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir  18.03.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 18.03.2024
  • Ümumi çəkisi 18,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 18.03.2024
  • Quba rayonunun Xucbala kəndi ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən B.Fərzəliyev avtomobillə saxlanılıb 18.03.2024
  • Səbail rayonu ərazisində bir nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən İ.Hətəmov saxlanılıb 18.03.2024
  • Nəsimi rayonu ərazisində müxtəlif vaxtlarda 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən N.Bağırov saxlanılıb 18.03.2024
  • Oğurluğa görə axtarışda olan R.Mahmudlu saxlanılıb 18.03.2024
  • Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb 18.03.2024
  • Xətai rayonunda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana aşkar edilib 18.03.2024