Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
20.02.2024
Fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 16 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 949 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Fevralın 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tüfəng, 1patron darağı və 17 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Xankəndi şəhəri ərazisində 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 2,6 kiloqramdan artıq narkotik vasitə və 120 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 20-də ümumi çəkisi 2,6 kiloqramdan artıq narkotik vasitə və 120 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Hövsan qəsəbəsi bağlar sahəsində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə saxlanılıblar
Fevralın 20-də saat 17 radələrində Hövsan qəsəbəsi bağlar sahəsində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Həsənov və H.Həşimov avtomobillə saxlanılıblar. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Nizami rayonu ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən T.Məmmədov motosikletlə saxlanılıb
Fevralın 18-də Nizami rayonu ərazisindən “Tufan” markalı motosikletin qaçırılması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən T.Məmmədov motosikletlə saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində yerləşən zavodlardan birinin həyətindən oğurluq etməkdə şübhəli bilinən A.Alıyev saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən zavodlardan birinin həyətindən 2000 manat dəyərində qaynaq aparatı, 2 ədəd mühərrik, 5 ədəd generator, boru və 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən A.Alıyev saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində mağazaların birindən 18460 manat pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində mağazaların birindən 18460 manat pul oğurlamaqda şübhəli bilinən R.İsgəndərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunda axtarışda olan silahlı şəxs saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. Həmçinin, Sabunçu RPİ-nin 14-cu PŞ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
19.02.2024
Fevralın 19-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.