Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xankəndi şəhəri ərazisindən silah və digər sursatlar aşkar olunaraq götürülüb
02.04.2024
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 2-də Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 47 patron darağı, 900 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 3,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 2-də ümumi çəkisi 3,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin 601 ədəd metadon həbi və 16 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən R.Hüseynov saxlanılıb
Martın 31-də Bakı şəhər sakini olan bir nəfərin bank kartını itirməsi və həmin kartdan 1400 manat dəyərində alış-veriş olunması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Hüseynov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində saxlanılan E.Əsgərovdan 1 kiloqramdan artıq heroin və 35 qrama yaxın marixuana götürülüb
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Əsgərov rayon ərazisində saxlanılıb. Ondan 1 kiloqram 115 qram heroin və 35 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Bakıda narkokuryerliyə cəlb olunduqları üçün saxlanılan iki nəfərdən 4 kiloqram heroin və metamfetamin aşkar olunub
Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıblar. Baxış zamanı T.Quliyevdən 2 kiloqram heroin, 300 ədəd psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.
İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar
Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlərlə ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar. Bu şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən edilib. Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb
Paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb. Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
01.04.2024
Aprelin 1-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Aprelin 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng və 97 ədəd patron darağı təhvil götürüblər.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.