Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
29.03.2024
Martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 tüfəng, 5 patron darağı və 223 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 29-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 2 ədəd müxtəlif markalı tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 29-da Xankəndi şəhəri ərazisindən ümumilikdə 5 avtomat silahı, 2 tapança, 1 tüfəng, 11 qumbara, 8 alışdırıcı, 19 patron darağı, 4263 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 9,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 29-da ümumi çəkisi 9,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqrama yaxın heroin, 4,2 kiloqrama yaxın marixuana və 530 qramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 95 cinayətin açılması təmin olunub
28.03.2024
Martın 28-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 13 qumbara, 4 alışdırıcı, 25 tüfəng, 7 patron darağı və 97 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 50 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 50 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbi olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 28-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 20 patron darağı, 3640 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bakı şəhər sakininin bank kartından 250 manat oğurlamaqda şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb
Bakı şəhər sakininin bank kartından 250 manatın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş paytaxt sakini E.Əhmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində müxtəlf vaxtlarda 3 evdən oğurluq etməkdə şübhəli bilinən M.Əhədov saxlanılıb
Suraxanı RPİ 33-cü Polis Bölməsi Zığ qəsəbəsi ərazisində müxtəlf vaxtlarda 3 evdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Əhədov müəyyən olunaraq saxlanılıb. Ondan marixuana da aşkar olunaraq götürülüb.Araşdırma aparılır.