DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar

08.05.2024

Polis əməkdaşları  tərəfindən gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran  dəstə üzvlərinə qarşı növbəti əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və  Nurlan Zamanov tutulublar. 

Müəyyən olunub ki, Mikayıl Abbasov Abşeron rayonu Masazır qəsəbəsində gizli sex yaradaraq adları çəkilən şəxslərlə birlikdə kustar üsulla spirtli içkilər hazırlayıb.  Daha sonra bu şəxs paytaxt və bölgələrdə Azər Əsgərov, Rüstəm Qədirli və Ramin Mirzəxanovun vasitəsi ilə hazırladığı spirtli içkilərin topdan və pərakəndə satışını təşkil edib. Tədbirlərin davamı olaraq adı çəkilən sonuncu şəxslərin də saxlanılması təmin edilib.

Dəstə üzvlərinə məxsus sex, anbar və mağazalara baxış zamanı xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt aşkarlanıb. 

Təyin edilən ekspertizalar zamanı spirtli içkilərin tərkibinin standartlara uyğun gəlmədiyi və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.
Aşkar olunan faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=W1YgrCmxuJw

 

08.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub 08.05.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 08.05.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb 08.05.2024
  • Mayın 6-da bir nəfər şəxsin çantasından pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Qəniyev saxlanılıb 08.05.2024
  • Polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatı keçirilib 08.05.2024
  • Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar 08.05.2024
  • Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar 08.05.2024