Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
03.04.2024
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 3-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 12,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 3-də ümumi çəkisi 12,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,2 kiloqramdan artıq heroin, 10,5 kiloqramdan çox marixuana, 1,1 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 68 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Nizami rayonu ərazisində yerləşən qarajların birindən avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən A.İbrahimov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 1-də rayon ərazisində yerləşən qarajların birindən 4650 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən A.İbrahimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində yerləşən ofislərin birindən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Əzizov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ofislərin birindən 1050 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Əzizov saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhər sakini R.Vəlizadədən narkotik vasitələr və silah-sursat aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə şəhər sakini R.Vəlizadə saxlanılıb. Ondan ümumi çəkisi 815 qrama yaxın heroin, marixuana və tiryək, həmçinin nömrəsi silinmiş “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Mənzilin qapısını açıq saxlayaraq yuxuya gedən ev sahibinin 18500 manatını oğurlayan şəxs saxlanılıb
Paytaxtın Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev də saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Bakıda saxlanılan narkokuryerlərdən 2 kiloqram narkotik vasitə və 830 ədəd metadon həbi aşkar olunub
Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Əfsun İbrahimli və İbrahim Abıyev saxlanılıblar. Həmin şəxslərdən və mənzilləindən 2 kiloqrama yaxın marixuana, metamfetamin, psixotrop tərkibli 830 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkarlanıb. Dindirmə zamanı saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
02.04.2024
Aprelin 2 -də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan 6 tüfəng təhvil götürüblər
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Aprelin 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.