DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Suraxanıda narkotiklərin satışını təşkil edən, avtomobil qaçıran, Zığ -Hava Limanı beton yolunda 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan,  2 maşını qəsdən yandıran şəxslər saxlanılıblar

07.05.2024

Suraxanı Rayon İdarəsinin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55 fakt aşkar olunub. Narkotiklərin satışı ilə məşğul olan 16, daşınması və dövriyyəsi ilə bağlı 39 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən 5 kiloqram müxtəlif növ narkotik vasitə və 300 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Həmçinin, İdarə əməkdaşları tərəfindən vətəndaşların şikayətləri əsasında həyata keçirilən əməliyyatlarla “Renault” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Sərdar Qəzənfərov, “Ravon” markalı nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov və Yeni Günəşli qəsəbəsində “Land Rover” markalı maşın qaçıraraq yol nəqliyyat hadisəsi törətmiş yetkinlik yaşına çatmayan daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.
Həyata keçirilən digər əməliyyatlar zamanı Qaraçuxur qəsəbəsində “Chevrolet”  və “Hover” markalı iki nəqliyyat vasitəsini yandıraraq vətəndaşların əmlakına qəsdən zərər vuran Elgün Təhməzov və Zığ-Hava Limanı beton yolunun kənarında 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan Dövlət Həsənov da saxlanılıblar. 
Faktlarla bağlı Suraxanı RPİ-də  araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=FjzkCSgWoGc

 

07.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub 07.05.2024
  • Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən M.Əliağazadə saxlanılıb 07.05.2024
  • Abşeron rayonunun Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb 07.05.2024
  • Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 07.05.2024
  • Mayın 7-də ümumi çəkisi 33,3 kiloqramdan artıq narkotik vasitə, həmçinin 1240 ədəd metadon həbi götürülüb 07.05.2024
  • Suraxanıda narkotiklərin satışını təşkil edən, avtomobil qaçıran, Zığ -Hava Limanı beton yolunda 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan,  2 maşını qəsdən yandıran şəxslər saxlanılıblar 07.05.2024
  • Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub 07.05.2024