Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb
08.04.2024
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 8-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 7 qumbara, 68 patron darağı, 1840 ədəd müxtəlif çaplı patron, 11 ədəd süngü bıçaq, 1 ədəd rabitə qurğusu və digər sursatlar aşkar olunaraq götürülüb.
Aprelin 8-də ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 8-də ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Kiber üsullarla kartlardan 93 min manat talayaraq elektron hesabına köçürən şəxs saxlanılıb
Paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən E.Bəşirov saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilib. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib.Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsüllarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb. E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Bakının 2 rayonunda internet və rabitə xətlərini oğurlayanlar saxlanılıblar
Paytaxtın iki rayonunda rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə polisə məlumatlar daxil olub. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində rabitə kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən E.Mirzəyev saxlanılıb. Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisindəki telefon qovşağı dirəklərində quraşdırılan rabitə kabellərinin də oğurlanması barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən R.Cəfərov Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla saxlanılanların əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. Arşadırmalar davam etdirilir.
Ramana qəsəbəsində yerləşən evlərin birinin həyətindən dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən P.Quliyev saxlanılıb
Ramana qəsəbəsində yerləşən evlərin birinin həyətindən 3000 manat dəyərində dəmir barmaqlıqların oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən P.Quliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Ölkəyə silikon qablarda gətirilən narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisinə İrandan qeyri-ənənəvi üsullarla göndərilən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib. Tədbirlərlə Cəlilabad rayon sakini 1984-cü il təvəllüdlü Mübariz Ağayev paytaxt ərazisində saxlanılıb. Ondan təmir işlərində istifadə olunan qara rəngli silikon qablarda yerləşdirilən 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib. M.Ağayev həmin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Sadıx” adlı şəxsin tapşırığı ilə karqo şirkətlərindən birindən slikon qabların içərisində yerləşdirilmiş formada əldə etdiyini bildirib. Saxlanılan şəxs narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş. Silikon qablarda aşkarlanan narkotiklər ölkəyə gətirilərkən onların yükləri skan edən rentgen aparatında oxunmaması üçün qablaşdırma zamanı xüsusi kimyəvi materiallardan istifadə olunub.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.
Paytaxtda saxlanılan daha 3 narkokuryerdən 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunub
Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar.C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana müəyyən edilib. Hər 3 saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
07.04.2024
Aprelin 7-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Aprelin 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 tüfəng və 17 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.