Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
04.04.2024
Aprelin 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Aprelin 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan silah və sursatlar aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 4-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Aprelin 4-də ümumi çəkisi 2,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 4-də ümumi çəkisi 2,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yasamal rayonu ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən A.Əzizov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Əzizov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bakıda 3 evdən qiymətli antik əşyalar və 30 min manatlıq qızıl oğurlayanlar saxlanılıb
Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər 3 vətəndaşın evindən 30.000 manat dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.Səbail RPİ 41-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin olduqdan sonra oğurluq etdiklərini bildiriblər.T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
03.04.2024
Aprelin 3-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Aprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 2 patron darağı və 346 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Aprelin 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 2 tüfəng, 3 patron darağı aşkar edilərək götürülüb.