Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
07.04.2024
Aprelin 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 6-da və 7-də Xankəndi şəhəri ərazisindən 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Aprelin 6-da və 7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 6-da və 7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, 4 kiloqrama yaxın metamfetamin və tiryək, olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
06.04.2024
Aprelin 6-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən 2 qadın saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 7000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 2 qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birindən pul oğurlamaqda şübhəli bilinən R.Əhmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən R.Əhmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
05.04.2024
Aprelin 5-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında silah-sursat təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Aprelin 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1005 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 5-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1440 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Aprelin 5-də ümumi çəkisi 27 kiloqrama yaxın narkotik vasitə, həmçinin 250 ədəd metadon həbi və 19 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 5-də ümumi çəkisi 27 kiloqrama yaxın narkotik vasitə, həmçinin 250 ədəd metadon həbi və 19 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.