DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatı keçirilib

08.05.2024

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib. Tədbirdə Nazirliyin baş idarələri, eləcə də paytaxt Bakı şəhəri də daxil olmaqla, respublika üzrə ərazi polis idarə, şöbələri və İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər. 
Yarışda Nazirliyin zonalar üzrə qeyd edilən idman növü üzrə qalıb gəlmiş 86 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb. Komanda idman növündə Əlahiddə Çevik Polis Alayının əməkdaşları 1-ci, Daxili Qoşunların Baş İdarəsinin komandası 2-ci, Bakı Şəhər Baş Polis İdarəsinin kollektivi isə 3-cü yeri tutub. 
Çempionatda qalib gələn əməkdaşlar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Youtube linki - https://www.youtube.com/watch?v=jFwKcEIPqhY

 

08.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub 08.05.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb 08.05.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb 08.05.2024
  • Mayın 6-da bir nəfər şəxsin çantasından pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Qəniyev saxlanılıb 08.05.2024
  • Polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatı keçirilib 08.05.2024
  • Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar 08.05.2024
  • Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar 08.05.2024