Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 5,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin 230 ədəd metadon həbi aşkar olunaraq götürülüb
01.04.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 1-də ümumi çəkisi 5,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin 230 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Nəsimi rayonu ərazisində bir nəfərin pulunu, mobil telefonunu və eynəyini quldurluq yolu ilə talamaqda şübhəli bilinən Z.İsmayılov və E.Verdizadə saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin pulunu, mobil telefonunu və eynəyini quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Z.İsmayılov və E.Verdizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Başına tanınmamaq üçün “parik” taxan oğru saxlanılıb
Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirib.Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöhəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (“parik”) istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.
Bakıda provayderlərə ziyan vuraraq vətəndaşları fasiləsiz internetdən məhrum edən şəxslər saxlanılıblar
Paytaxtın əsasən Nərimanov rayonu ərazisində insanları fasiləsiz internetlə təmin edən bir neçə provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcılarının oğurlanması barədə polisə çoxsaylı məlumatlar daxil olub. Həmin şəxslərin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törədən paytaxt sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə saxlanılıblar. Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını oğurladıqları məlum olub. Araşdırmalarla bu şəxslərin Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısını oğurladıqları müəyyən edilib. Oğurluq əşyalar Tural Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu məntəqələrinə aparılaraq satılıb. Onların törətdiyi oğurluq əməlləri ərazidə quradırılmış videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb. Ü.Qurbanov və T.Məmmədzadənin Bakı şəhərində digər analoji cinayətlərdə iştiraklarının olub-olmamalarının müəyyən edilməsi istiqamətində 16-cı PŞ-də araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
31.03.2024
Martın 31-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 tüfəng, 1 patron darağı və 15 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 30-da və 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaratan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 19,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 30-da və 31-də ümumi çəkisi 19,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,9 kiloqrama yaxın heroin, 13,6 kiloqrama yaxın marixuana, 300 qrama yaxın tiryək, 800 qramdan çox metamfetamin, həmçinin 309 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Paytaxtın Fatmayı bağlar sahəsində evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən M.Rüstəmov saxlanılıb
Paytaxtın Fatmayı bağlar sahəsində evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş M.Rüstəmov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.