Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan X.Həmzəyevanın evindən 1 kiloqram 71 qramdan artıq heroin aşkar olunaraq götürülüb
27.03.2024
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Corat qəsəbəsində yaşayan X.Həmzəyevanın evinə baxış zamanı oradan 1 kiloqram 71 qramdan artıq heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Xankəndinin təhlükəsiz şəhərə çevrilməsi üçün DİN əməkdaşları əzmlə çalışır
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Tədbirlərlə 16-26 mart tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 64 ədəd müxtəlif markalı avtomat silahı, 7 pulemyot, 21 tüfəng, 8 tapança, 78 qumbara, 1 saatlı bomba, 1 qumbaraatan, 46 alışdırıcı, 361 patron darağı, 33.742 ədəd müxtəlif çaplı patron, 6160 ədəd mərmi, 9 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanıb.Bundan başqa, Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə icazəsi olan şəxslərin sərbəst keçidi təmin edilib. Bölgədə hərəkətinə icazə verilən şəxslərlə bağlı hər hansı hüquqazidd hal baş verməyib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
26.03.2024
Martın 26-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi 157 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirib. Nəticədə 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6 milyon manat olan 157 kiloqram, o cümlədən 91 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 42 kiloqram heroin, 17 kiloqram metamfetamin, 7 kiloqram tiryək, həmçinin digər növdən olan narkotik vasitə, 12 min 211 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi, 1 ədəd “Makarov” tapançası, 13 ədəd patron və 2 ədəd patron sandıqçası ələ keçirilib. Saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri ölkə ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Martın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd qumbara, 2 patron darağı, 9 ədəd müxtəlif markalı tüfəng və 226 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 5,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 26-da ümumi çəkisi 5,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqramdan artıq heroin, 2,1 kiloqramdan çox marixuana, 1,3 kiloqrama yaxın tiryək olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Ceyranbatan qəsəbəsi ərazisindən “MAN” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Mehdiyev Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb
Martın 25-də Ceyranbatan qəsəbəsi ərazisindən “MAN” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Mehdiyev Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində avtomobillə saxlanılıb. O, 38-ci Polis Bölməsinə təhvil verilib.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki mağazaların birindən 2500 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinən E.Azizov saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 2500 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Azizov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindəki avtomobil təmiri sexlərinin birindən 1350 manat pul oğurlamaqda şübhəli bilinən A.Alıyev saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 25-də şəhər ərazisindəki avtomobil təmiri sexlərinin birindən 1350 manat pul oğurlamaqda şübhəli bilinən A.Alıyev saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhər sakininin bank kartından 290 manatını oğurlamaqda şübhəli bilinən E.Kazımov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakininin bank kartından 290 manatını oğurlamaqda şübhəli bilinən E.Kazımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.