Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Allahverdilidən marixuana və 154 ədəd preqabalin həbi aşkar olunaraq götürülüb
28.03.2024
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Allahverdili saxlanılıb. Ondan marixuana və 154 ədəd güclü təsiredici xassəyə malik preqabalin həbi aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Əvvəllər məhkum olunmuş Y.Qasımovdan 735 qram tiryək aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Y.Qasımov saxlanııb. Ondan 735 qram tiryək aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Şirvan şəhəri ərazisindəki marketlərin birindən 1040 manat pul oğurlamaqda şübhəli bilinən E.Məlikov saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindəki marketlərin birindən 1040 manat pul oğurlamaqda şübhəli bilinən E.Məlikov saxlanılıb. Araşdırma aparılır.
Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb
Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
27.03.2024
Martın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Martın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng və 66 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 23,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 27-də ümumi çəkisi 23,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,2 kiloqramdan artıq heroin, 17,5 kiloqrama yaxın marixuana, 3 kiloqramdan çox tiryək, həmçinin 830 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Paytaxt sakininin içərisində bank kartları və sənədi olan pulqabısını oğurlamaqda və kartından 300 manatı çıxarmaqda şübhəli bilinən İ.Bağırov müəyyən olunaraq saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsinə paytaxt sakininin içərisində bank kartları və sənədi olan pulqabısının oğurlanması, həmçinin kartından 300 manatın çıxarılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İ.Bağırov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xətai rayonu ərazisində bir nəfərə məxsus çantanı oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 15-də rayon ərazisində bir nəfərə məxsus, içərisində 1200 manat olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan qadın saxlanılıb. Araşdırma aparılır.