Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları Abşeron rayonu ərazisində oğurluq və dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
22.10.2024
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində bir evdən 2900 ABŞ dolları və 500 manat pul, bir mağazadan pul, mobil telefon, 300 manat dəyərində geyim əşyaları və sənədlər, 3 nəfərdən isə mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 31 yaşlı M.Həsənov, 38 yaşlı E.Teymurov, 30 yaşlı Ə.Əliyev, 27 yaşlı E.Rəhimli və 47 yaşlı Z.İsmayılov saxlanılıb.Digər əməliyyat tədbiri ilə bir nəfərin 190 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Ç.Hacıyev müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Yasamal rayonu ərazisində şübhəli şəxs qismində saxlanılan N.Hüseynovun avtomobildən oğurluq etməsi müəyyən olunub
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 28 yaşlı N.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun oktyabrın 17-nə keçən gecə rayon ərazisində “Toyota” markalı avtomobildən 1100 manat pul, kosmetik vasitələr, 2500 manat dəyərində mobil telefon və qızıl-zinət əşyaları olan çanta oğurlaması müəyyən olunub.Araşdırma aparılır.
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən B.Eminov saxlanılıb
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən 2000 ABŞ dolları, 900 manat dəyərində məişət və zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı B.Eminov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisində “Howo” markalı yük avtomobilinin 2 ədəd akkumulyatorunu oğurlamaqda şübhəli bilinən Ə.Əhmədov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi qəsəbəsi ərazisində “Howo” markalı yük avtomobilinin 500 manat dəyərində 2 ədəd akkumulyatorunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı Ə.Əhmədov saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbara, 8 tüfəng, 5 patron darağı və 3698 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 22-də ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
21.10.2024
Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.