Metronun Qara Qarayev stansiyasında bir qadının pulqabısını oğurlamaqda şübhəli bilinən P.Umudov saxlanılıb
11.12.2024Metropolitendə Polis İdarəsinə müraciət edən bir qadın Qara Qarayev stansiyasında içərisində pulu, bank kartı və sənədi olan pulqabısının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı P.Umudov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.