Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisində 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən T.Rəhimli və M.Qarayev saxlanılıblar
26.10.2024
Nəsimi rayonu ərazisində 2 nəfərin pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxslərdən birini aldadaraq hesabına 2000 ABŞ dolları ödətdirməkdə şübhəli bilinən 32 yaşlı T.Rəhimli, digər şəxsin isə 3800 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 27 yaşlı M.Qarayev müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Nəsimi rayonu ərazisindəki mağazada oğurluq etməkdə şübhəli bilinən T.Talıbzadə saxlanılıb
Nəsimi rayonu ərazisində mağazada oğurluq olub. Polisə müraciət zərərçəkmiş işlədiyi mağazada gödəkcəsinin cibindən 3625 manatının oğurlandığını bildirib.Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 43 yaşlı T.Talıbzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nizami rayonu ərazisindən “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən İ.Bədəlov və bir yeniyetmə saxlanılıblar
Oktyabrın 25-də Nizami rayonu ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb. Lakin avtomobildən 530 manat dəyərində təmir alətlərinin oğurlandığı məlum olub. Davam etdirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 28 yaşlı İ.Bədəlov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
25.10.2024
Oktyabrın 25-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonunda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Oktyabrın 25-də saat 3 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxslərin paytaxt sakini olan bir nəfəri döyüb 50 manatını əlindən alması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Bəhmanov, H.Nurullayev və Ə.Kərimov müəyyən olunaraq saxlanılıblar. 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı paytaxt sakini olan daha bir nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Ə.Hüseynov və əvvəllər məhkum olunmuş H.Yasinov saxlanılıblar.Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
Səbail rayonu Badamdar qəsəbəsi ərazisində avtomobilin batareyalarını sökərək oğurlamaqda şübhəli bilinən N.Yusubov saxlanılıb
Səbail rayonu Badamdar qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin batareyalarının sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı N.Yusubov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 2 qumbara, 4 tüfəng, 12 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 8,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 25-də ümumi çəkisi 8,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.