Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
16.10.2024
Oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonu ərazisində 60 yaşlı qadına qarşı dələduzluq əməlini törətməkdə şübhəli bilinən X.Ağayev saxlanılıb
Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə müraciət edən 60 yaşlı qadın bir nəfərin onu aldadaraq hesabına 1034 manat pul ödətdirdiyini və mobil telefonunu ələ keçirdiyini bildirirb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı X.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsində bir nəfərin bank kartından oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsində bir nəfərin bank kartından 100 manatını oğurlamaqda şübhəli bilinən 29 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən T.Məmmədov və İ.Xıdırov saxlanılıblar
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən köşkə gəlmiş bir nəfərin oradan 700 manat dəyərində lotereya biletlərini soyğunçuluq yolu ilə talayaraq “BMW” markalı avtomobillə getməsi barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, “BMW” markalı avtomobilin sürücüsü, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 24 yaşlı T.Məmmədov və sərnişini olan 27 yaşlı İ.Xıdırov müəyyən olunaraq saxlanılıb. Onların Masazır qəsəbəsində daha bir köşkdən soyğunçuluq etmələri də məlum olub. Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində bir nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən İ.Əlizadə saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 13-də Buzovna qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən 28 yaşlı İ.Əlizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən 2 qadın saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 13-də Binə qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 2 qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi qəsəbəsində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən E.Rəvanov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı E.Rəvanov saxlanılıb.Araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən İ.Əmiraslanov saxlanılıb
Səbail rayonu ərazisində yerləşən mağazaların birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı İ.Əmiraslanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
İsmayıllı rayonunun Cülyan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cülyan kəndi ərazisində yabanı halda bitmiş 4 ton çəkidə 3244 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.