Binəqədidə oğurluğa görə saxlanılan şəxsin Xəzər rayonunda da analoji əməllər törətməsi müəyyən olunub
11.12.2024Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı A.Rəsulov saxlanılıb.
Onun Xəzər rayonunun Binə qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 3 evdən ümumilikdə 1560 ABŞ dolları, 2100 manat pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.