Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
24.10.2024
Oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq etməkdə şübhəli bilinən T.Əmirov saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq olub. Polisə müraciət edən sexin sahibi son bir ay ərzində oradan 6000 manat dəyərində boyanın oğurlandığını bildirib. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən 33 yaşlı T.Əmirov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xırdalan və Masazırda evlərdən oğurluq edən 2 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsində evlərin birindən 1200 manat dəyərində naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı E.Nəsrullayev saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri digər tədbirlə Xırdalan şəhərində bir evdən 1000 manat dəyərində məişət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən 55 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Xəlilov müəyyən olunaraq saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9000 manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının oktyabrın 24-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi inzibati tənbeh tədbiri tətbiq olunub.
Xəzər rayonu ərazisində qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin yük avtomobili ilə daşınması aşkar olunub
Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng, 1 qumbara, 3 alışdırıcı, 2 patron darağı və 176 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb
DİN Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlə Xəzər dənizinin Zirə qəsəbəsi istiqamətində, Abşeron Milli Parkının ərazisində “Qırmızı” kitaba adı düşən çöl quşlarını qanunsuz olaraq ovlayan şəxslər müəyyən ediliblər. Xidməti ərazidə keçirilən tədbir zamanı Komor Adaları Respublikasının vətəndaşı 64 yaşlı Mohammad Ahmad və əvvəllər məhkum olunmuş 39 yaşlı Pərviz Quliyev saxlanılıblar. Yoxlama zamanı onlardan 5 ədəd ovlanması qadağan olunan “Qafqaz şahini” və ov ləvazimatları aşkarlanıb. Bu şəxslər qoruq ərazisində xüsusi olaraq yaratdıqları quyularda gizlənərək təlim görmüş eynicinsli çöl quşları vasitəsi ilə adı “Qırmızı” kitaba düşən “Qafqaz şahini”ni ovlayıblar. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir. Baytar nəzarətindən sonra quşlar su polisləri və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təbiətə buraxılacaq.Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti artıq sentyabr ayının 1-dən etibarən bitib. Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı və itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında qaydaları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılacaq.Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.