Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
25.10.2024
Oktyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Nəsimi rayonunda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Oktyabrın 25-də saat 3 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxslərin paytaxt sakini olan bir nəfəri döyüb 50 manatını əlindən alması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Bəhmanov, H.Nurullayev və Ə.Kərimov müəyyən olunaraq saxlanılıblar. 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı paytaxt sakini olan daha bir nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Ə.Hüseynov və əvvəllər məhkum olunmuş H.Yasinov saxlanılıblar.Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı N.Yusubov müəyyən olunaraq saxlanılıb
Səbail rayonu Badamdar qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin batareyalarının sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı N.Yusubov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
Oktyabrın 25-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 2 qumbara, 4 tüfəng, 12 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 8,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 25-də ümumi çəkisi 8,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb
Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus mağazalardan pul, mobil telefonlar, digər qiymətli əşyalar, tütün məhsulları, habelə 1 ədəd avtomobilin naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar 39 yaşlı Ramal Cəfərov və qardaşı 38 yaşlı Sakit Cəfərov saxlanılıblar. Həmin şəxslər əvvəlcə rayon ərazisində vətəndaşlardan birinə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaq istəsələr də onların bu cəhdi baş tutmayıb. Cinayət niyyətlərini davam etdirən qardaşlar daha sonra digər bir vətəndaşa məxsus “VAZ-2106” markalı avtomobili qaçıraraq ətraf ərazilərdəki mağaza və telefon dükanlarını talayıblar. Onlar maska və əlcəklə kamuflyaj olunaraq bu qanunsuz əməllər nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan nağd pul, lotereya biletləri, tütün məmulatı və müxtəlif markalı 20-dən çox mobil telefon oğurlayıblar. Bu şəxslər qaçırdıqları avtomobillə Ramana qəsəbəsi ərazisində qəza törətdikdən sonra nəqliyyat vasitəsini hadisə yerində qoyaraq oradan uzaqlaşıblar. R.Cəfərov və qardaşı S.Cəfərovun talama cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.Saxlanılan şəxslərdən biri R.Cəfərovun Lənkəran şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən oğurluq etdiyi üçün axtarışda olduğu da müəyyən olunub.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Saxlanılan şəxslərin analoji cinayətlərdə iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.