Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar
16.09.2024
Xəzər Rayon Polis İdarəsinə paytaxt ərazisində müxtəlif vaxtlarda 100 nəfərdən artıq şəxsin aldadılaraq külli miqdarda maddi vəsaitlərinin mənimsənilməsi barədə şikayətlər daxil olub.Həyata keçirilən tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər.Araşdırmalarla müəyyən olunub ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “whatsapp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq zərərçəkənlərin pul vəsaitlərini ələ keçiriblər.Faktlarla bağlı cinayət işi başlanılıb, Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
15.09.2024
Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsində bir evin həyətindən kombi və avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən S.Cəfərov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Rəsulzadə qəsəbəsində bir evin həyətindən kombi, “Nissan” markalı avtomobildən isə akkumulyator oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Cəfərov saxlanılıb.Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Sentyabrın 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 27 tüfəng və 31 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Sentyabrın 14-də və 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng və 6 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 51 kiloqraman yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 14-də və 15-də ümumi çəkisi 51 kiloqraman yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan artıq heroin, 34 kiloqrama yaxın marixuana, 7,3 kiloqramdan çox tiryək, 3,1 kiloqrama yaxın metamfetamin, həmçinin 1600 ədəd metadon həbi və 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə klolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 14-də və 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 14-də və 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
14.09.2024
Sentyabrın 14-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxtın Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıbBinəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 12-də bir nəfərin 22000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 23 yaşlı C.Məmmədov, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə avqustun 20-də bir nəfərin 3000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.