Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beş nəfəri dələduzluq yolu ilə aldatmaqda və bank kartlarından oğurluq etməkdə şübhəli bilinən P.Abbasov saxlanılıb
21.10.2024
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 5 nəfəri dələduzluq yolu ilə aldatmaqda və bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 20 yaşlı P.Abbasov saxlanılıb. Onun qanunsuz əməlləri nəticəsində zərərçəkənlərə 2235 manat maddi ziyan vurduğu müəyyən edilib. P.Abbasovun digər analoji cinayətlərdə iştirak edib-etməməsinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
Nəsimi rayonunda ötən gün qeydə alınan cinayətlər zamanı 4 nəfər saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ötən gün rayon ərazisində qeydə alınmış cinayətlərə qarşı tədbirlər keçirib. Nəticədə bir nəfərdən hədə-qorxu ilə 1000 manat tələb edən 24 yaşlı E.Qədirli, bir nəfərin 12000, digər şəxsin isə 2550 manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 31 yaşlı E.Musayev və 34 yaşlı E.Nadirli, bir mənzildən 1000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 28 yaşlı İ.Hacıyev müəyyən edilərək saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Suraxanı rayonunun Əmircan qəsəbəsində mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən B.Abdullayev saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Əmircan qəsəbəsində mağazaların birindən 450 manat pul, 1000 manat dəyərində qızıl boyunbağı və tütün məmulatları oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 36 yaşlı B.Abdullayev saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə və avtomobilə ziyan vurmaqda şübhəli bilinən M.Həsənov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 5 mağazadan ümumilikdə 3200 manat, 3 aptekdən 1150 manat, bir avtomobildən 500 manat, 2 bank kartından 200 manat oğurlamaqda və “Toyota” markalı bir avtomobilə ziyan vurmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı M.Həsənov saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 6 qumbara, 4 alışdırıcı və 7 patron darağı aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 21 cinayətin açılması təmin olunub
20.10.2024
Oktyabrın 20-də ölkə ərazisində qeydə alınan 20, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonunda son bir neçə gündə qeydə alınan cinayətlərə qarşı əməliyyatlar keçirilib
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları son bir neçə gündə rayon ərazisində qeydə alınmış cinayətlərə qarşı əməliyyatlar həyata keçirib. Nəticədə bir nəfərdən hədə-qorxu ilə 5000 manat tələb edən 22 yaşlı İ.Rəhimli, marketdən 200 manat, həmçinin gözəllik salonunda qadının çantasından içərisində 500 manat olan pul kisəsini oğurlayan 40 yaşlı R.Ələkbərov və əvvəllər məhkum olunmuş 36 yaşlı N.Nəsibova saxlanılıblar.Digər tədbir zamanı bir nəfəri aldadıb 12000 manat pulunu dələduzluq yolu ilə əldə edən əvvəllər məhkum olunmuş 59 yaşlı M. Əmiraslanov da saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Sumqayıtda dəmiryolu stansiyasından oğurluq edən şəxslər saxlanılıb
Oktyabrın 20-də Sumqayıt şəhəri H.Z.Tağıyev dəmiryolu stansiyası ərazisindən oğurluq edən 72 yaşlı qadın və 35 yaşlı N.Feyzullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.